“Cari mövsümün ilk layiqli məğlubiyyətini yaşadıq” – Pioli

İtaliya A Seriyasının 22-ci turu çərçivəsində “Spetsiya”ya 0:2 hesabı ilə məğlub olan “Milan”ın baş məşqçisi Stefano Pioli açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın məğlubiyyəti haqda danışan Pioli, bunları deyib:

“Komanda keyfiyyətini kifayət qədər göstərə bilmədik. Bu səbəblə, rəqib üstünlük qazandı və qalib gəldi. Cari mövsümün ilk layiqli məğlubiyyətini yaşadıq. Bu oyun hamımız üçün vacib dərs olacaq. Performansımızı bəlli bir səviyyədə göstərməsək, bu şəkildə məğlub olacağımızı bilirik. Oyunboyu mübarizə apardıq, mənim seçimlərim, futbolçuların fərdi performansı da işə yaramadı. “Milan” belə komanda deyil, qarşıdakı həftələrdə bunu sübut etməliyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button