“Çalışacağıq ki, bu işləri tezliklə yekunlaşdıraq”

Yeni mövsümün hazırlığını davam etdirən “Araz Naxçıvan” yoxlama oyununda “Turan Tovuz”a 1:5 hesabıyla uduzub.

Komanda.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Azər Bağırov açıqlama verib:

“Məşqlərə bir neçə gündür başlamışıq. Heyətimizə cəlb etdiyimiz oyunçular arasında zədəlilər də var. Ümumiyyətlə, bu oyunu keçirməkdə məqsədimiz futbolçuları meydanda yoxlamaq idi. Verilən tapşırıqların öhdəsində təxminən 50-60 faiz gəldilər. Onların tam formada olmadıqlarını da nəzərə almaq lazımdır. 1-2 tur çətinliyimiz olacaq. Sonra isə işlər öz axarına düşəcək.

İndiki məqamda hazırlıq prosesindən tam razı deyiləm. Çünki tam heyətlə hazırlıq keçə bilmirik. Transfer çalışmalarında müəyyən qədər gecikirik. Hücum və yarımmüdafiə xəttində legionerləri görmək istərdik. Çalışacağıq ki, bu işləri tezliklə yekunlaşdıraq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button