Çağırış kuboku: “Murov” bu gün cavab oyununa çıxacaq

Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kubokunda bu gün növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, “Murov” 1/16 finalda Avstriyanın “UVC Qrats” komandası ilə cavab matçına çıxacaq. Bakı Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Eyni arenada baş tutan ilk qarşılaşmada Azərbaycan təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandasını mübarizədən kənarlaşdırıb.

Çağırış kuboku
1/16 final, cavab oyunu

9 noyabr

18:00 Murov (Azərbaycan) – UVC Qrats (Avstriya)
İlk oyun – 3:0
Bakı Voleybol Mərkəzi

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button