Çağırış Kuboku: “Azərreyl” növbəti oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “VfB SUHL Thüringen” ilə qarşılaşacaq.

Qarşılaşma saat 22:00-da başlayacaq. Cavab görüşü dekabrın 15-də keçiriləcək. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.

“Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button