Çağırış Kuboku: 1/8 final start götürür

Bu gün kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda növbəti görüşünə çıxacaq.

Komanda.az xəbər verir ki, komanda 1/8 final mərhələsinin ilk oyununda Niderland təmsilçisi “Orion”la qarşılaşacaq.

Qarşılaşma saat 23:00-da start götürəcək. Cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

“Murov” 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin”, 1/16 finalda isə Avstriyanın “UVC Qraz” komandasını məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button