“Çərşənbə axşamı bizi əsl sınaq gözləyir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə aprelin 16-da keçiriləcək cavab oyunu haqda danışıb.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, oyunun çətin keçəcəyini düşünür:

“Mövsümün ən yaxşı anındayıq. “Kadis”lə matçda çox çətin meydanda çox yaxşı çıxış etdik. Çərşənbə axşamı bizi əsl sınaq gözləyir. Lakin biz əla formadayıq”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə PSJ arasında ilk oyunu 3:2 hesabı ilə kataloniyalıların qələbəsi ilə başa çatıb. Cavab oyunu Barselonada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button