Həsənovla Şərifov finalda uduzdu

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Cəbrayıl Həsənov mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli gülçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Amma Kayl Daykla görüşdə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Finalda isə rusiyalı güləşçiyə uduzan təmsilçimiz gümüş medal qazanıb.

79 kq
1/8 final – Cəbrayıl Həsənov – Dmitri Tkaçenko (UKR) 7:0
1/4 final – Cəbrayıl Həsənov – Qalimjan Usserbayev (KAZ) 13:4
1/2 final – Cəbrayıl Həsənov – Teymuraz Salkazanov (SVK) 4:3
FİNAL – Cəbrayıl Həsənov – Kayl Dayk (USA) 2:4

97 kq
Təsnifat – Şərif Şərifov – Minvon Seo (KOR) 11:4
1/8 final – Şərif Şərifov – Valeri Andreytsov (UKR) 4:0
1/4 final – Şərif Şərifov – Elizbar Odikadze (GEO) 6:0
1/2 final – Şərif Şərifov – Kayl Snayder (USA) 5:2
FİNAL – Şərif Şərifov – Abdulrəşid Sadullayev (RUS) 0:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button