“Qalatasaray” həmişə bütün stadionla oynayır, arxasında azarkeşlər var” – De Liqt

“Bayern”in müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray”la oyunöncəsi gözləntilərini bölüşüb.

Komanda.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, komandanın bu oyuna bacardığı qədər yaxşı hazırlaşdığını bildirib:

“Çətin oyun olacaq. “Qalatasaray” həmişə bütün stadionla oynayır, arxasında azarkeşlər var. Onların böyük təcrübəsi, yüksək liqalarda çıxış etmiş çoxlu yaxşı futbolçuları var. Çox çətin oyun gözləyirəm. Bacardığımız qədər yaxşı hazırlaşmışıq və sonra nə olacağını görəcəyik”.

Komandalar arasında görüş bu gün Türkiyədə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button