Messi 2 illik cəzalandırıla bilər

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Argentina millisinin kapitanı Lionel Messini cəzalandıra bilər.

Komanda.az xəbər verir ki, buna səbəb Messinin Amerika kubokunda Çili ilə qarşılaşdıqları 3-cülük matçından (2:1) sonra verdiyi açıqlama olub. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Messi, KONMEBOL-u korrupsiyada ittiham edərək, Amerika kubokunun Braziliya millisinin qazanması üçün təşkil olunduğunu demişdi.

KONMEBOL-un Messiyə 2 illik cəza verəcəyi iddia olunur. Bu baş verəcəyi halda, argentinalı futbolçu Amerika kuboku-2020-də və DÇ-2022-nin seçmə mərhələsində iştirak edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button