Bütün yarımfinalçılar bəlli oldu

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Komanda.az xəbər verir ki, 1/4 finalda “Sabah” kollektivinə 85:81 hesabı ilə qalib gələn “Neftçi” yarımfinala yüksəlib.

Sözügedən matçdan sonra 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Daha əvvəl bu raundda keçirilən görüşlərdə NTD “Şəki”ni 71:66, “Naxçıvan”, “Abşeron”u 102:60, “Gəncə” isə “Sərhədçi”ni 94:89 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda “Gəncə” – “Naxçıvan” və “Neftçi” – NTD görüşləri keçiriləcək. Qarşılaşmalar martın 28-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button