“Messi və Busketsin transferi komandaya çox təsir etdi” – Baş məşqçi

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Şimali Amerika Liqa kubokunun “Atlanta” ilə qarşılaşmasını (4:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının çox yaxşı çıxış etdiyini dilə gətirib:

“Lionel Messi və Serxio Busketsin transferi komandaya çox təsir etdi. Bütün məsuliyyətin onların üzərində olduğunu hiss edirəm. Belə olduğu halda, digər futbolçular meydançada rahat oynayırlar. Bu gün (dünən) baş tutan oyunda komandam çox yaxşı çıxış etdi”.

Argentinalı futbolçu “Atlanta” ilə matçda dubla imza atıb və komandasının qələbə qazanmasında böyük pay sahibi olub. Digər iki qolu isə Robert Teylor vurub.

Messi iyulun 15-də azad agent kimi “İnter Mayami”yə keçib. O, ABŞ klubu ilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button