“Bu komandaya qayıtdığımdan bəri ən yaxşı oyunumuzu oynadıq” – Zidan

İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Sevilya”ya 1:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, oyundan razı qaldığını bildirib:

“Xoşbəxtəm və oyunumuzdan çox razıyam. Oyunumuzla bağlı şübhələr vardı, amma 90 dəqiqəni çox yüksək səviyyədə keçirdik. Kərim Benzema növbəti dəfə bizə qələbə qazandırdı. Amma eyni zamanda, çox yaxşı müdafiə olunduğumuzu da deməliyəm. Qaret Beyl, Eden Hazard, Xames Rodriqes vacib futbolçulardır. Bütün futbolçuların müdafiəyə kömək etməsi qələbənin açarı oldu. Bu komandaya qayıtdığımdan bəri ən yaxşı oyunumuzu oynadıq. Bütün futbolçularımı təbrik etməliyəm. Meydanda sona qədər mübarizə apardılar, onlar bu qələbəyə layiqdirlər”.