Buskets Messinin komanda yoldaşı oldu

ABŞ-ın “İnter Mayami” klubu “Barselona”nın sabiq yarımmüdafiəçisi Serxio Busketsi transfer edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı ispaniyalı ilə müqavilənin müddəti barədə hələlik danışıqlar aparılmayıb. O, iyulun 1-də – “Barselona” ilə hazırkı müqaviləsi bitdiyi zaman azad agent kimi “İnter Mayami”yə qoşulacaq.

Buskets 2005-ci ildən “Barselona”nın heyətində çıxış edib. Bu müddətdə o, 722 oyuna çıxıb, 18 qol vurub və 45 məhsuldar ötürmə edib.

ABŞ təmsilçisi iyunun 7-də, 2005-2021-ci illərdə Kataloniya klubunda forma geyinən forvard Lionel Messi ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button