Ağıllı, möhtəşəm, dahi – Busketsi belə tərifləyən olmamışdı

“İnter Mayami”nin hücumçusu Jozef Martines komanda yoldaşları Lionel Messi və Serxio Buskets haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Busketsi dahi, möhtəşəm və ağıllı adlandırıb:

“Buskets kimi oyunçuya sahibik. O, əladır. Məncə, dahidir. Busketsə Messidən daha çox üstünlük verirəm (gülür). Niyə? Çünki o, möhtəşəmdir və çox ağıllıdır”.

Messi və Buskets ABŞ klubu ilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Argentinalı hücumçu son mövsümü PSJ-də, ispaniyalı yarımmüdafiəçi isə “Barselona”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button