“Bursaspor” rəsmisi Ələskərovu fərqləndirdi

Türkiyənin “Bursaspor” klubunun vitse-prezidenti Emin Adanur mövsümün əvvəlində heyətə cəlb olunmuş futbolçuların çıxışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, klub rəsmisi yerli telekanallardan birinə müsahibəsində yalnız 2 oyunçudan narazı qaldığını bildirib. Funksioner həmin futbolçuların adlarını açıqlamayıb.

Adanur aralarında Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun da yer aldığı digər transferlərin isə uğurlu olduğunu vurğulayıb: “Komandada həddindən artıq razı qaldığım futbolçular var. Massimo Bruno, İsmail Yüksək, Namik Ələskərov, Nikolas Salasar, Luka Tsapan, Mert Yılmaz çox yaxşı oyunçulardır. Yalnız 2 nəfərlə bağlı peşmanlıq hissi keçirirəm. Onların adını isə deməyim düzgün olmaz”.

Namik Ələskərov bu yay “Neftçi”dən ayrılaraq Türkiyənin 1-ci liqa təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button