Burak Yılmazın yeni klubu bəlli oldu

Türkiyə millisinin hücumçusu Burak Yılmazın yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu Niderlandın “Fortuna” (Sittard) klubu ilə 5 illik müqavilə imzalayıb.

Türkiyəli futbolçu bu klubdakı ilk 2 ilində oyunçu kimi çıxış edəcək. O, sonrakı 3 ili isə komandada məqşçi kimi keçirəcək.

Xatırladaq ki, Burak Yılmazın son klubu Fransa “Lill”i olub. O, bu komandanın heyətində Fransa çempionu olub.