“Burada səhv etmək şansınız çox azdır” – Azərbaycanda çalışan serb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Miloş Velebit “sportklub.rs” saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis Azərbaycanda futbol şəraitindən danışıb:

“Burada serbiyalı mütəxəssislərə qiymət verilir. Çünki əvvəldən razılaşdırdığımız bütün şərtlərə əməl olunur. Bakıdan 30 kilometr aralıda bazamız var. Ondan otel kimi istifadə edirik. U-21 yığmasının baş məşqçisi isə həmyerlim Milan Obradoviçdir. Dörd ildir ki, buradayıq, bu da statusumuzdan xəbər verir.
Burada gənc futbolçu bazası azdır. Ona görə, daha çox mübarizə aparmalı olursan. Məsələn, Serbiyada 17-19 yaş arası 12 000 qeydiyyatdan keçmiş oyunçu olduğu halda, Azərbaycanda bu say cəmi 250-dir. Burada səhv etmək şansınız çox azdır. Futbolçuların seçilməsində və idarə olunmasında çox diqqətli olmaq lazımdır. Çünki istedad üzə çıxarsa, onu əldən verməmək üçün hər şeyi etməlisən. Nəzarətimdə 26 məşqçi var.

Sentyabrın sonunda seçmə mərhələ oyunlarımız var. Türkiyə, Bolqarıstan və Lüksemburqla bir qrupdayıq. Bizi elit-raunda aparacaq nəticəyə hazırlaşırıq ki, burada da məqsəd birinci yeri tutan iki komanda arasında olmaqdır”.

Velebit Bakı haqda təəssüratlarını da bölüşüb:

“Son on ildə anormal şəkildə inkişaf etmiş çox maraqlı şəhərdir. Burada sosial həyat həsəd aparacaq səviyyədədir”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button