“Burada olmaqdan çox xoşbəxtəm” – yeni transfer

Kodi Qakpo PSV-dən “Liverpul”a transferi barədə fikirlərini bildirib.

Tərəflər keçidlə bağlı razılığa gəliblər. Futbolçu tibbi müayinəni uğurla tamamladıqdan sonra qış transfer pəncərəsinin əvvəlində Premyer Liqa təmsilçisinə qoşulacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı oyunçu Premyer Liqa təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu dilə gətirib:

“Mən özümü çox yaxşı hiss edirəm. Burada olmaqdan çox xoşbəxtəm. Heyrətamiz klubda məşqlərin və matçların başlamasını səbirsizliklə gözləyirəm. Bura mənim özümü göstərmək üçün əla yerdir. Çalışacam ki, komandaya gözəl anlar yaşamaqda kömək edim.

Burada olan futbolçulardan çox şey öyrənə bilərəm. “Liverpul”un stadionu, azarkeşləri haqda gözəl fikirlər eşitmişəm. Orada oynamaq üçün səbirsizlənirəm. Məqsədim komandada mümkün qədər çox kubok qazanmaq və hər mövsüm inkişaf etməkdir”.

O, “Liverpul”da 18 nömrəli formanı geyinəcək.

Qakpo bu mövsüm Niderland çempionatında 14 oyun keçirib, 9 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button