“Bu turnir bizim üçün vacibdir” – Qvardiola

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, finala vəsiqə qazanmaq üçün iddialı olduqlarını bildirib:

“Ardıcıl dördüncü dəfədir ki, yarımfinaldayıq. Bu turnir bizim üçün vacibdir. Yaxşı oynayıb finala vəsiqə qazanmaq istəyirik. “Mançester Yunayted” hər zaman böyük klub olub. Bu komanda hər zaman çempionluq üçün mübarizə aparıb. Bura qələbə qazanmaq üçün gəlmişik.

Çox sayda futbolçumuzun xidmətindən məhrumuq. Hər kəs kimi biz də mövcud vəziyyətə uyğunlaşmağa çalışırıq. Alternativimiz yoxdur”.

 “Mançester Yunayted” – “Mançester Siti” oyunu bu gün, saat 23:45-də start götürəcək.