“Bunun səbəblərini bilirik və üzərində çalışacağıq”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı komandaya qarşı oynadıq. Onlar bizi orta xəttə üstələdilər. Bunun səbəblərini bilirik və üzərində çalışacağıq. Komandanın əsas problemi budu. Asan qollar buraxdıq. Problemlərimiz müdafiə xəttindədi. Xal qazana bilmişiksə, deməli, bir xala layiqik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button