“Bunu etməsək, daha böyük problemlə qarşılaşarıq” – Arteta

İngiltərə liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Arteta, böyük problemlə üz-üzə olduqlarını bildirib:

“Belə rəqiblər hər səhv üçün sizi cəzalandırar. Yaxşı şanslarımız da vardı, amma yekunda məğlub olduq. Epizodları qaçırsaz, nəticə əldə etmək mümkünsüz olar.

Oyunumuzda dönüş etməliyik. Bunu etməsək, daha böyük problemlə qarşılaşarıq. Bunu edə biləcək futbolçulara da sahibik. Pandemiyaya görə futbolun hazırkı vəziyyəti çox qarışıqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button