Bundesliqada yeni rekordçu

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı qolkiper buna “Şalke” ilə səfər matınçda (4:0) nail olub.

Alman futbolçu çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.

Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.