Bundesliqada ilk vida

Almaniya Bundesliqasını tərk edəcək ilk komandanın adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, Bundesliqanın 33-cü turunda doğma meydanda “Bohum”la heç-heçəyə (1:1) razılaşan “Herta” elitada qalmaq şansını itirib.

Sona bir tur qalmış Berlin təmsilçisi 26 xalla sonuncu pillədə qərarlaşıb. Komanda sonuncu turda səfərdə “Volfsburq”a qalib gəlsə belə, bu, heç nəyi dəyişməyəcək.

“Herta” sonuncu dəfə 2011/12 mövsümündə Bundesliqanı tərk etmiş və bir mövsümlük fasilədən sonra yenidən elitaya yüksəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button