“Bavariya” çempion!

Bu gün futbol üzrə Almaniya Bundesliqasında 34-cü – sonuncu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, lider “Bavariya” doğma azarkeşləri qarşısında “Ayntraxt”ı qəbul edib. Münhen təmsilçisi qələbə qazanacağı təqdirdə, Bundesliqada 2018/19 mövsümünün çempionu olacaqdı. 5:1 hesabı ilə qalib gələn meydan sahibləri 78 xalla ardıcıl 7-ci, ümumilikdə isə 29-cu dəfə ölkə çempionu olub.

2-ci pillədə qərarlaşan “Borussiya” (Dortmund) isə səfərdə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. 2:0 hesabı ilə qalib gələn Dortmund təmsilçisi 76 xalla gümüş medallara sahib çıxıb.

“Leyptsiq” 66 xalla 3-cü olub. Beləliklə, “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” və 4-cü olan “Bayer” (Leverkuzen) ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.

Münhenqladbax “Borussiya”sı (5-ci yer), “Volfsburq” (6-cı yer) və “Ayntraxt” isə Avroliqada çıxış edəcəklər.

Qeyd edək ki, Bundesliqa ilə “Nürnberq” və “Hannover” vidalaşıb. “Ştutqart” isə elitada qalmaq üçün pley-off-da oynayacaq.

Almaniya Bundesliqası, 34-cü tur

18 may

Borussiya M – Borussiya D 0:2
Qol
: Sanço, 45. Roys, 54.

Bavariya – Ayntraxt 5:1
Qol
: Koman, 4. Alaba, 53. Renato, 58. Riberi, 72. Robben, 78 – Haller, 50.

Fortuna – Hannover 2:1
Qol
: Henninqs, 56. K.Karaman, 60 – Müller, 78.

Frayburq – Nürnberq 5:1
Qol
: Terrazzino, 7. Valdşmidt, 34. Petersen, 53; 56. Qrifo, 61 – Loven, 69.

Herta – Bayer 1:5
Qol
: Lazaro, 34 – Haverts, 28. Alario, 38; 72; 88. Brandt, 54.

Maynts – Hoffenhaym 4:2
Qol
: Brosinski, 66-pen Boetyus, 83; 90. Mateta, 90 – Belfodil, 12. Kramariç, 34.

Şalke – Ştutqart 0:0

Verder – Leyptsiq 2:1
Qol
: Raşiça, 35-pen. Pizarro, 88 – Mukiele, 86.

Volfsburq – Auqsburq 8:1
Qol
: Veqorst, 21; 37; 55. Knoçe, 41. Ginçek, 57. Elvis, 60. Brekalo, 85. Danso, 89-öz qapısına – Şyeber, 82.

Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button