Bundesliqa klubu milli üzvü ilə gücləndi

Almaniyanın “Auqsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Polşanın gənclərdən ibarət yığmasının müdafiəçisi Robert Qumnını transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Lex” (Poznan) klubundan cəlb edilən 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Auqsburq”un bu transferə görə Polşa klubuna 3 milyon avro ödədiyi bildirilir. Bonuslarla bu məbləğ 5 milyon avroya yüksələ bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button