Bundesliqa klubu baş məşqçisini qovdu!

Almaniyanın “Şalke” klubunun baş məşqçisi istefaya göndərilib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli baş məşqçi Kristian Qrossla yollarını ayırıb. Buna komandanın Bundesliqanın son turunda “Ştutqart”a 1:5 hesabı ilə məğlub olması səbəb olub. Qrossdan başqa, klubun meneceri Joken Şneyder və menecer Saşa Rither də istefaya göndərilib.

“Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplayaraq, son sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button