
Buffon İtaliya millisinə qayıdır?
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yenidən yığmada çalışmağa başlaya bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini sabiq qolkiperə ölkənin bütün milli komandalarının fəaliyyətini əlaqələndirəcək rəhbər vəzifələrdən birini təklif etmək niyyətindədir. Federasiyanın 48 yaşlı Buffona təklif etməyə hazırlaşdığı yeni vəzifə onun əvvəlki işindən fərqli olacaq. Maldini yaxın günlərdə mümkün əməkdaşlığı müzakirə etmək üçün onunla əlaqə saxlayacaq.
Buffon bu ilin martında, İtaliya millisinin Bosniya və Herseqovinaya uduzduğu 2026-cı il dünya çempionatının pley-off matçından sonra tutduğu vəzifədən ayrılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



