“Bu, yolverilməz haldır” – Ramin Quliyev

“Sabah”ın məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Rəqibi təbrik edirəm. İlk hissə bərabər oyun oldu. İkinci hissə biz də qol vura bilərdik, rəqib də. Müdafiədə səhvlərimiz oldu. Qol imkanlarımızdan yararlana bilmədik. Bir epizod oldu ki, qırılma anı idi. Rəqib layiqli qələbə qazandı.
  • Diallonun epizodu qırılma anı idimi?
  • Bəli. Vurmursansa, sənə vururlar. Biz imkanlardan istifadə edə bilmədik.
  • İkinci hissədə demək olar yarımmüdafiə yox idi. Anidən komandanın belə dəyişməsi nəylə bağlıdır?
  • Orta xətdə zədəlilərimiz var. Rəşad Eyubov neçə məşqdir yoxdur. Coşqun Diniyev də zədəlidir. Ancaq bunlar bəhanə deyil. Rəqib ikinci hissədə oyunu ələ aldı və qələbə qazandı.
  • Rəqibin qələbəsini bəxt amilinə bağlayırsız?
  • “Sumqayıt” bizdən daha istəkli idi. Bəxt amili də öz sözünü dedi.
  • Cavid İmamverdiyevin durumu nə yerdədir?
  • Hələ bilinmir. Ancaq həkimdən soruşduq, yüngül zədədir. Qarşıda fasilə var, zədəlilərin qayıtması komandaya fayda verəcək.
  • Yay fasiləsində kifayət qədər oyunçu alındı və yüksək məbləğlər ödəndi. Ancaq demək olar ki, bunlar özünü doğrultmadı. Xüsusilə də, Rocer Roxas…
  • Qışa kimi 3 oyunumuz var. Bu legionerlərin içərisində komandaya uyğunlaşan da var, uyğunlaşmayan da. Yenə də baxılacaq. Hansısa legioner haqda indi qərar vermək çətindir.
  • Künc zərbəsi zamanı Ulisse Diallo ilə Cavid arasında mübahisə yarandı…
  • Baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə yol verilməsin. Sadəcə, o, emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button