“Bu uğuru qazandığımız üçün qürur duyuruq” – Flik

Almaniya kubokunun final oyununda “Bayer”ə 4:2 hesabı ilə qalib gələn “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müəxəssis, qələbə ilə bağlı bunları deyib:

“Bu uğuru qazandığımız üçün qürur duyuruq. Komandanın son bir neçə həftədə göstərdiyi oyun sensasiyadır. Oyuna yanaşmamız mükəmməldir. Futbolçuların öz güclərinə inandıqlarını görmək gözəldir. Çox xoşbəxtəm, komandanın bacardıqları möhtəşəmdir. İkinci hissədə düzəltmək istədiyimiz bir neçə nüans vardı, amma vacib olan bu gün yaşadığımız sevincidir. Artıq Çempionlar Liqasına hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button