“Bu təklif bizi də qane edirdi” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Oyundan əvvəl Qurban müəllim təklif etdi ki, 4 hissəli oyun keçirək, bütün futboçular meydana çıxa bilsin. Bu təklif bizi də qane edirdi. Sevindirici haldır ki, bütün futboçular 65-70 dəqiqə oynadılar. 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan sonra oyun həftəsinə giririk. Son hazırlıqlarımız olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button