“Ronaldo qovulmağa çalışır” – keçmiş futbolçu

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Kriştiano Ronaldonun bir neçə gün əvvəl yayımlanan qalmaqallı müsahibəsi haqda fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi Ronaldonun açıqlamalarını şou adlandırıb:

“Söhbət komandadan, baş məşqçidən yox, məhz Kriştiano Ronaldodan gedir. Kluba qayıdandan bəri belədir. Bu, əslində Ronaldonun şousudur. Keçən mövsüm çoxlu qol vurdu. Bu mövsüm meydanda olmadığı üçün diqqəti cəlb edə bilmir.

O, komandadan uzaqlaşdırılmaq istəyir. Yayda ayrılmaq istədiyini açıqladı. Alıcı yox idi – bəlkə, maaşa görə, bəlkə də, “Mançester Yunayted”in maliyyə tələblərinə görə. Mənə elə gəlir ki, Ronaldo özü komandadan qovulmağa çalışır”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button