“Bu qələbə sayəsində çox şeyləri geri qaytardıq”

Bu gün keçirilən “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Maraqlı oyun oldu. Yenə qol vurmaq üçün şanslarımız çox oldu, amma səbirlə müdafiə olunduq və bizə lazım olan qolu sonuncu dəqiqədə vurduq. Bu görüş, qələbə bizim üçün vacib idi. Çünki uşaqlar öz güclərinə inanmalı idilər. Bu qələbə sayəsində çox şeyləri geri qaytardıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button