“Bu qələbə hamı üçün xoş oldu” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə matçından sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:1 hesabıyla qalib gəldikləri oyun haqda bunları söyləyib:

“Çox danışmayacam. Futbolçularımı təbrik edirəm. Rəqibə uğurlar arzulayıram, yaxşı komandadır. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır ki, bu arenada oynamamışdıq. Hamı üçün xoş oldu. Əsl bolqollu futbol oldu. Hər iki komandaya uğurlar arzulayıram”.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button