“Bu qədər qol buraxırıqsa, demək, çatışmazlıqlar var” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini paylaşıb.

Komanda.az xəbər verir ki, o, 3:3 hesabıyla yekunlaşmış matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün çox baxımlı oyun idi. Həm bu, həm də bundan əvvəlki oyun yaxşı alındı. Hər iki komanda üçün faydalı oyun oldu. Qarşımızda fərqli “Sabah” var idi. Oyun sistemində dəyişiklik etmişdilər. Ola bilər ki, bu çətinlik yaradırdı. Amma oyunu ələ almağa çalışırdıq. Rəqib sürətli oyunçularından istifadə edirdi. Hər iki komandaya təşəkkür düşür.

Çatışmazlıqlar var. İdeal formada deyilik. Əgər bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldır. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq.

Bəhlul və Bədavidən razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Əlimizdəki futbolçulardan razıyam. Yaxınlarda da Allah qoysa, Kevin geri dönər”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button