“Bu oyunun bizim üçün sınaq olacağını bilirdik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 25-ci turunun matçında “Çelsi” ilə heç-heçədən (1:1) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunun ikinci hissəsinin daha yaxşı keçdiyini bildirib:

“Bu oyunun bizim üçün sınaq olacağını bilirdik. İkinci hissəni əla keçirdik, amma birinci hissədə heç də öz səviyyəmizdə oynamadıq. “Çelsi” kimi komandalarla rəqabət aparmaq üçün bir yarım deyil, bütün 90 dəqiqə oynamaq lazımdır”.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 24 matçdan sonra 53 xalla üçüncüdür. Lider 25 oyundan 57 xalla “Liverpul”dur. “Arsenal” isə 25 oyundan 56 xalla ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button