“Bu oyunda 3 deyil, 6 xal qazandıq” – Konte

İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Napoli”yə 1:0 hesabı ilə qalib gələn “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, vacib qələbə qazandıqlarını bildirib:

“Belə qalibiyyət bizim üçün yaxşı başlanğıc olacaq, futbolçularıma da bunu dedim. “Napoli” kimi əla komandaya qarşı oyunumuz asan olmadı. Möhtəşəm oyun göstərmədik, amma belə iddialı rəqiblə oyundan xalla ayrılmaq vacib idi. Komandam oyununun əhəmiyyətini dərk edirdi. Bu oyunda 3 deyil, 6 xal qazandıq”.