
“Bu mövsüm “Real” bizi məğlub edə bilməz, bunu sübut etdik”
“Barselona”nın vingeri Lamin Yamal komandasının İspaniya kubokunun finalında qələbəsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xoşbəxt olduğunu bildirib:
“Bir qol buraxsaq, bu, problem deyil. İki qol olsa belə, böyük bir şey deyil. Bu mövsüm “Real” bizi məğlub edə bilməz, biz bunu sübut etdik. Çox xoşbəxtəm”.
Kataloniyalılar İspaniya kubokunun finalında “Real”a qalib gəliblər (3:2). Qələbə qolunu Jül Kunde vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



