“Beş oyunda beş qələbə qazanmaq öz əlimizdədir”

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold komandasının bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq şanslarından danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu, mövsümün bu mərhələsində “Mançester Siti”nin xal itirmə ehtimalının az olduğunu bildirib:

“Məncə, mövsümün bu mərhələsində “Mançester Siti”nin xal itirmə ehtimalı azdır. Bu, keçmişdə nadir hallarda baş verməsi ilə əlaqədardır. Amma biz öz mövqeyimizdə olmalıyıq. Keçən həftə bizim üçün məyusedici oldu. İstədiyimiz nəticə olmadı, şanslardan yararlana bilmədik. Amma nəsə olarsa, “Arsenal” və “Mançester Siti” xal itirsə, o zaman yaxşı vəziyyətdə olacağıq. Bundan sonra bizi beş matç gözləyir. Beş oyunda beş qələbə qazanmaq öz əlimizdədir, səy göstərməliyik”.

“Arsenal” 77 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Liverpul” 74 xalla 2-ci, “Mançester Siti” isə 73 xalla 3-cü pillədə qərarlaşıb. “Mançester Siti”nin ehtiyatda 2, “Liverpul”un isə 1 oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button