“…bu mərhələni mən də onlarla birlikdə qazanacam” – İbrahimoviç

“Los Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4  final mərhələsinin “Yuventus” – “Ayaks” cütünü dəyərləndirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu, Hollandiya klubuna “Yuventus”un statusunu unutmağı məsləhət görüb:

“Ayaks” “Yuventus”un statusu ilə maraqlanmamalıdır. “Real”la oyunlarda bunu unutdular və nəticənin nə olduğunu gördük. Hər kəs “Ayaks”ın “Real” qarşısında şansının olmadığını düşünürdü, amma onlar möhtəşəm bir şey etdilər”.

Həm “Yuventus”un, həm də “Ayaks”ın şərəfini qorumuş futbolçu, bu mərhələdə özünün də qalib gələcəyini deyib:

“Həm “Ayaks”ı, həm də “Yuventus”u klublarım olaraq görürəm. Hansı komanda qazanacaqsa, bu mərhələni mən də onlarla birlikdə qazanacam”.

37 yaşlı futbolçu 2001-2004-cü illər ərzində “Ayaks”ın, 2004-2006-cı illərdə isə “Yuventus”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button