“Bu komanda ilə fəxr edirəm” – Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 5-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandanın heyəti yeni qurulub. “Turan Tovuz”un gənc və yaxşı legionerləri var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə “Turan Tovuz”un nə qədər ciddi rəqib olduğu bilinir. Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi. Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Səhvlərin üzərində çalışıb, futbolçuları daha yaxşı vəziyyətə gətirəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button