“Bu, karyeramın ən yaxşı qolu idi” – Luis Suares

İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Malyorka”ya 5:2 hesabıyla qalib gələn “Barselona”nın hücumçusu Luis Suares açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların 4-cü qolunun müəllifi olan uruqvaylı futbolçu, vurduğu qolla bağlı danışıb:

“Bu, karyeramın ən yaxşı qolu idi. Topa zərbə endirməli idim və son variant dabanla vurmaq idi. Baş məşqçimiz Ernesto Valverde bəzən sadə epizodlarda qol vura bilmədiyimi, amma çətin vəziyyətlərdə fərqləndiyimi deyir. Bu gün belə anlardan biri idi. Oyunların gedişatında müəyyən inam qazanacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button