“Bu il yaşadığımız bəzi anları heç vaxt unutmayacam” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin oyunlarda iştirakı haqqında danışan alman mütəxəssis, başa çatmaqda olan 2020-ci ili dəyərləndirib:

“Bu il mənim üçün çox xüsusi oldu. Çətin keçən ildə vacib hadisələr yaşadıq. Əldə etmək istədiyim təcrübələri yaşadım. Bu il yaşadığımız bəzi anları heç vaxt unutmayacam. 2021-ci ilin hər kəs üçün daha yaxşı olmasını diləyirəm.

Azarkeşlərin oyunlarda iştirakını qiymətləndirməyə bilmərik. Az sayda olsalar belə, onların tribunalarda olması böyük üstünlükdür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button