İngiltərə yığması evdə uduzdu, Türkiyə yenə qələbəsiz qaldı

Bu gün UEFA Millətlər Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarının qarşılaşmaları keçirilib.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi də növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Kipr yığmasıyla qarşılaşıb. Görüş cəbhədə baş verən hadisələrlə bağlı Albaniyada təşkil olunub. Tərəflər bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar.

A Liqasının 4-cü qrupu çərçivəsində İspaniya yığması səfərdə Ukraynanın qonağı olub və minimal hesabla uduzub. Qrupun digər matçında isə Almaniya ilə İsveçrə üz-üzə gəlib. Altı qolluq qarşılaşmada qalib müəyyənləşməyib.

4-cü turun digər görüşləri bu gün keçirilib. A Liqasının 1-ci qrupunda İtaliya yığması Niderlandı qəbul edib. Bu komandaların duelində qalib müəyyənləşməyib. Polşa isə Bosniya və Herseqovina ilə üz-üzə gəlib və qonaq komanda darmadağına məruz qalıb. A Liqasının 3-cü qrupunda son dünya çempionu Fransa Xorvatiyanı sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəni bayram ediblər.

Millətlər Liqasında hələ qələbə qazana bilməyən Türkiyə yığması 4-cü tur çərçivəsində Serbiyanı qəbul edib. Qardaş ölkə təmsilçisi yenə xal itkisi ilə üzləşib. Qrupun digər matçında isə Rusiya Macarıstanla qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb.

Gecənin digər oyunlarında İngiltərənin evdə Danimarkaya uduzması da diqqətçəkən olub.

UEFA Millətlər Liqası, 4-cü tur

13 oktyabr

C Liqası, 1-ci qrup

Azərbaycan – Kipr 0:0

Monteneqro – Lüksemburq 1:2
Qol
: İvanoviç, 34 – Muratoviç, 42. Sinani, 86.

D Liqası, 1-ci qrup

Latviya – Malta 0:1
Qol
: Borq, 90+7.

Farer adaları – Andorra 2:0
Qol
: Olsen, 19; 33.

A Liqası, 4-cü qrup

Almaniya – İsveçrə 3:3
Qol
: Verner, 28. Haverts, 55. Qnabri, 60 – Qavranoviç, 5; 57. Freuler, 26.

Ukrayna – İspaniya 1:0
Qol
: Tsiqankov, 76.

D Liqası, 2-ci qrup

Lixtenşteyn – San Marino 0:0

14 oktyabr

B Liqası, 4-cü qrup

Finlandiya – İrlandiya 1:0
Qol
: Yensen, 66.

Bolqarıstan – Uels 0:1
Qol
: Uilyams, 85.

C Liqası, 4-cü qrup

Litva – Albaniya 0:0

Belarus – Qazaxıstan 2:0
Qol
: Yablonski, 36. Yuzepçuk, 90+3.

A Liqası, 1-ci qrup

İtaliya – Niderland 1:1
Qol
: Pelleqrini, 16 – Van De Bek, 25.

Polşa – Bosniya və Herseqovina 3:0
Qol
: Levandovski, 40; 52. Linetti, 45+1.

A Liqası, 2-ci qrup

İngiltərə – Danimarka 0:1
Qol
: Eriksen, 35-pen.

İslandiya – Belçika 1:2
Qol
: Saevarsson, 17 – Lukaku, 9; 38-pen.

A Liqası, 3-cü qrup

Xorvatiya – Fransa 1:2
Qol
: Vlaşiç, 65 – Qrizmann, 8. Mbappe, 79.

Portuqaliya – İsveç 3:0
Qol
: B.Silva, 21. Jota, 44; 72.

B Liqası, 1-ci qrup

Norveç – Şimali İrlandiya 1:0
Qol
: Dallas, 68-öz qapısına.

Rumıniya – Avstriya 0:1
Qol
: Şopf, 76.

B Liqası, 2-ci qrup

Şotlandiya – Çexiya 1:0
Qol
: Freyzer, 6.

Slovakiya – İsrail 2:3
Qol
: Hamşik, 16. Mak, 38 – Zahavi, 68; 76; 89.

B Liqası, 3-cü qrup

Rusiya – Macarıstan 0:0

Türkiyə – Serbiya 2:2
Qol
: H.Çalhanoğlu, 57. O.Tufan, 76 – Milinkoviç-Saviç, 22. Mitroviç, 49-pen.

C Liqası, 2-ci qrup

Estoniya – Ermənistan 1:1
Qol
: Sappinen, 14 – Hovannisyan, 8.

Şimali Makedoniya – Gürcüstan 1:1
Qol
: Alioski, 90+3-pen – Kvaratsxeliya, 75.

C Liqası, 3-cü qrup

Yunanıstan – Kosovo 0:0

Moldova – Sloveniya 0:4
Qol
: Lovriç, 8. Vuçkiç, 37-pen; 42; 55-pen.

Bombardir: Erlinq Haland (Norveç) – 6 qol.