Konfrans Liqası: “Tottenhem” 1, “Roma” 3 xalla başladı

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda İsrailin “Makkabi” (Təl-Əviv) komandası doğma meydanda Ermənistan təmsilçisi “Alaşkert”i sınağa çəkib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər. E qrupunda isə Hayfa “Makkabi”si (İsrail) Niderlandın “Feyenoord” komandasını qəbul edib. Bu görüş isə qolsuz yekunlaşıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” H qrupunda ilk oyununa bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edib. Qrupun digər matçında Qazaxıstan “Kayrat”ı Kipr “Omoniya”sı ilə qarşılaşıb. Hər iki oyun qolsuz başa çatıb.

Nəhənglərdən “Tottenhem” (İngiltərə) Fransada “Renn”lə oyundan məhsuldar heç-heçə ilə ayrılıb. “Roma” İtaliyada Sofiya ÇSKA-sına divan tutub.

Konfrans Liqası, qrup mərhələsi, 1-ci tur

14 sentyabr

A qrupu

Makkabi (Təl-Əviv, İsrail) – Alaşkert (Ermənistan) 4:1
Qol
: Periça, 13. Kanixovski, 32. Biton, 45+3-pen. Hozez, 72 – Embalo, 17.

E qrupu

Makkabi (Hayfa, İsrail) – Feyenoord (Niderland) 0:0

16 sentyabr

H qrupu

Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) 0:0

Qarabağ – Bazel (İsveçrə) 0:0

A qrupu

HJK (Finlandiya) – LASK (Avstriya) 0:2
Qol
: Mareşiç, 17. Monşayn, 89.

B qrupu

Flora (Estoniya) – Gent (Belçika) 0:1
Qol
: Lemayiç, 54.

Anortosis (Kipr) – Partizan (Serbiya) 0:2
Qol
: Meniq, 42. Qomes, 68.

E qrupu

Slaviya (Çexiya) – Yunion (Almaniya) 3:1
Qol
: Bah, 18. Kuxta, 84. Ştrans, 88 – Behrens, 70.

F qrupu

Slovan (Slovakiya) – Kopenhagen (Danimarka) 1:3
Qol
: Henti, 21 – Vind, 18; 68-pen. Steyc, 41.

Linkoln (Cəbəllütariq) – PAOK (Yunanıstan) 0:2
Qol
: Akpom, 45+2. Mitrita, 56.

G qrupu

Renn (Fransa) – Tottenhem (İngiltərə) 2:2
Qol
: Tait, 23. Laborde, 72 – Bade, 11-öz qapısına. Hoybyerq, 76.

Mura (Sloveniya) – Vitess (Niderland) 0:2
Qol
: Tronstad, 30. Darfalou, 69.

C qrupu

Roma (İtaliya) – ÇSKA (Sofiya, Bolqarıstan) 5:1
Qol
: Pelleqrini, 25; 62. El Şaaravi, 38. Mançini, 82. Abraham, 84 – Keri, 10.

Bude-Qlimt (Norveç) – Zarya (Ukrayna) 3:1
Qol
: Saltnes, 48 Solbakken, 49. Pelleqrino, 60 – Qromov, 90+1.

D qrupu

Yablonets (Çexiya) – ÇFR (Rumıniya) 1:0
Qol
: Pilar, 51-pen.

Randers (Danimarka) – Alkmaar (Niderland) 2:2
Qol
: Pizinger, 82. Qraves, 68 – Kleysi, 24. Pavlidis, 34.