Avropa Liqasında püşk atıldı: “Milan” “Mançester Yunayted”lə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir saat 16:00-da start götürüb.

Niderlandın “Ayaks” komandası bu mərhələdə İsveçrə “Yanq Boyz”u ilə qarşılaşacaq. İngiltərə “Arsenal”ı Yunanıstan “Olimpiakos”una, “Tottenhem” Xorvatiya “Dinamo”suna rəqib olub.

İtaliyanın “Milan” komandası İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Avropa Liqası, 1/8 final mərhələsinin cütləri

Ayaks (Niderland) – Yanq Boyz (İsveçrə)
Dinamo (Kiyev, Ukrayna) – Vilyarreal (İspaniya)
Roma (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna)
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə)
Dinamo (Zaqreb, Xorvatiya) – Tottenhem (İngiltərə)
Mançester Yunayted (İngiltərə) – Milan (İtaliya)
Slaviya (Praqa, Çexiya) – Reyncers (Şotlandiya)
Qranada (İspaniya) – Molde (Norveç)