Çempiondan əzmkar qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Qaziantep”in qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Fənərbaxça” bu turda doğma meydanda “Konyaspor”la qarşılaşıb və iki cavabsız qolla məğlub olub. “Trabzonspor” isə “Alanyaspor”la üz-üzə gəlib və heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Antalyaspor”, həmçinin “Ərzurumspor” – “Göztəpə” matçında da qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə beş görüş baş tutub. “Ankaragücü” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. “Yeni Malatyaspor” “Dənizlispor”u, son çempion “Başakşəhər” isə “Gənclərbirliyi”ni məğlub yola salıb. “Kayserispor” da evdə “Hatayspor”a minimal hesabla uduzub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” 8-ci tur çərçivəsində “Qalatasaray”ı qəbul edib və məğlubiyyətlə üzləşib.

Türkiyə Super Liqası, 8-ci tur

6 noyabr

Qaziantep – Beşiktaş 3:1
Qol
: Miralyas, 44. M.Demir, 63. K.Özer, 90+7 – Larin, 61.

7 noyabr

Kasımpaşa – Antalyaspor 2:2
Qol
: Koyta, 8. Hodziç, 65 – V.Sarı, 72. S.Sam, 90+1.

Alanyaspor – Trabzonspor 1:1
Qol
: Kaulker, 50 – Kaulker, 59-öz qapısına.

Ərzurumspor – Göztəpə 1:1
Qol
: Novikovas, 67-pen – Ndiaye, 13.

Fənərbaxça – Konyaspor 0:2
Qol
: Yevtoviç, 67. Kravets, 77.

8 noyabr

Ankaragücü – Fatih Karagümrük 2:2
Qol
: Borven, 27-pen. E.Güral, 90+1 – Sobiex, 15. Roko, 35.

Yeni Malatyaspor – Dənizlispor 2:0
Qol
: K.Kanatsızkuş, 7. Akka, 17.

Başakşəhər – Gənclərbirliyi 2:1
Qol
: Gulbrandsen, 80. M.Topal, 90+4 – S.Yılmaz, 1.

Kayserispor – Hatayspor 0:1
Qol
: Diuf, 64.

Sivasspor – Qalatasaray 1:2
Qol
: C.Osmanpaşa, 76 – Belhanda, 19. A.Turan, 48.

Bombardir: Davidson (Alanyaspor), Lorik Remi (Rizəspor) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button