“Beşiktaş” səfərdən xalsız döndü

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Dənizlispor” öz meydanında “Qaziantep”i sınağa çəkib. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.

Lider “Başakşəhər” bu turda səfərdə “Antalyaspor”un qonağı olub və inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə İzmirin “Göztəpə” klubunu qəbul edib və çətinliklə də olsa, qalib gəlib. “Yeni Malatyaspor” – “Gənclərbirliyi” matçında qapılara qol vurulmayıbsa, səfərdə “Ankaragücü” ilə qarşılaşan “Alanyaspor” darmadağına sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Burda “Qalatasaray” turnir cədvəlinin ikincisi “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matç qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə “Beşiktaş” “Kayserispor”a məğlub olub.

Türkiyə Super Liqası, 30-cu tur

3 iyul

Dənizlispor – Qaziantep 0:1
Qol
: G.Vural, 24.

4 iyul

Ankaragücü – Alanyaspor 1:4
Qol
: Rivas, 82 – Sisse, 64. O.Bulut, 66. Bakasetas, 78-pen. Fernandes, 90.

Yeni Malatyaspor – Gənclərbirliyi 0:0

Antalyaspor – Başakşəhər 0:2
Qol
: D.Ba, 71. Elia, 90+7.

Fənərbaxça – Göztəpə 2:1
Qol
: F.Kadıoğlu, 25; 45+2 – S.Aydoğdu, 66.

5 iyul

Kasımpaşa – Sivasspor 0:0

Qalatasaray – Trabzonspor 1:3
Qol
: Seri, 90+3-pen – Sosa, 41-pen. Novak, 70. Sorlot, 90+5.

Konyaspor – Rizəspor 1:0
Qol
: Miya, 90+5-pen.

6 iyul

Kayserispor – Beşiktaş 3:1
Qol
: H.Acar, 51; 83. Kravets, 86 – Hatçinson, 74.

Bombardir: Aleksander Sörlot (Trabzonspor) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button