“Kasımpaşa”dan səfərdə inamlı qələbə

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında iki futbolçusunda koronavirus aşkarlanan “Beşiktaş” “Konyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda 3 cavabsız qola sevinib.

Son turda “Kasımpaşa”ya məğlub olan “Fənərbaxça”, bu turda öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib və çətin qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Qaradəniz təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Burda lider “Başakşəhər” “Qalatasaray”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Sivasspor” isə doğma meydanda “Kayserispor”a məğlub olub.

Son oyun günündə bir görüş baş tutub. “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa”ya iki cavabsız qolla uduzub.

Türkiyə Super Liqası, 29-cu tur

26 iyun

Beşiktaş – Konyaspor 3:0
Qol
: B.Yılmaz, 40. Dyabi, 45+1. Lens, 52.

27 iyun

Fənərbaxça – Yeni Malatyaspor 3:2
Qol
: Muriqi, 70. O.Tufan, 90+1; 90+6 – Ndayişimiye, 81. Donald, 89.

Göztəpə – Alanyaspor 3:3
Qol
: S.Gürler, 11. A.Öztürk, 49. Napoleoni, 90 – E.Karaca, 4. Sisse, 45+2; 65.

Trabzonspor – Ankaragücü 1:1
Qol
: Sorlot, 3 – Q.Rodriqes, 63-pen.

28 iyun

Rizəspor – Dənizlispor 2:2
Qol
: Şkoda, 40. Boldrin, 71 – Estupinan, 20. Fernandes, 30-ğz qapısına.

Sivasspor – Kayserispor 0:2
Qol
: Acar, 45+2. Mensah, 83-pen.

Başakşəhər – Qalatasaray 1:1
Qol
: Aleksiç, 51 – E.Akbaba, 67.

Qaziantep – Antalyaspor 1:1
Qol
: Kayode, 58 – Yahoviç, 88-pen.

29 iyun

Gənclərbirliyi – Kasımpaşa 0:2
Qol
: Koyta, 17. Ndonqala, 90+5.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 20 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button