“Trabzonspor” xal itirdi, zirvəni əldən verdi

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edib. Açılış matçında “Ankaragücü” “Başakşəhər”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb.

Şənbə günü üç görüş baş tutub. “Beşiktaş” “Dənizlispor”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi rəqibini darmadağın edib. “Kayserispor” “Gənclərbirliyi”ni, “Yeni Malatyaspor” isə “Göztəpə”ni məğlub yola salıb.

Dörd qolun qeydə alındığı “Konyaspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. Son turda “Rizəspor”a məğlub olan “Qalatasaray”, bu turda “Qaziantep”lə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Fənərbaxça” isə “Kasımpaşa”nın qonağı olub və məğlubiyyətlə üzləşib.

Lider “Trabzonspor” bu turda səfərdə “Alanyaspor”la üz-üzə gəlib. Qaradəniz təmsilçisi bu oyunda qələbəni son dəqiqələrdə əldən verib. “Antalyaspor” isə doğma meydanda “Rizəspor”u məğlub edib.

Türkiyə Super Liqası, 28-ci tur

19 iyun

Ankaragücü – Başakşəhər 1:2
Qol
: Q.Rodriqes, 12-pen – Aleksiç, 59. Vişça, 73.

20 iyun

Kayserispor – Gənclərbirliyi 2:0
Qol
: P.Enrike, 36. Kravets, 89.

Dənizlispor – Beşiktaş 1:5
Qol
: Estupinan, 53 – B.Yılmaz, 10. G.Gönül, 61. Nkudu, 67. Lyayiç, 75. Diabi, 78.

Yeni Malatyaspor – Göztəpə 2:1
Qol
: U.Bulut, 41. Kyartansson, 78 – A.Öztürk, 76.

21 iyun

Kasımpaşa – Fənərbaxça 2:0
Qol
: Tiam, 55. Y.Erdoğan, 90+2.

Qalatasaray – Qaziantep 3:3
Qol
: Falkao, 36. Belhanda, 40. Fequli, 66 – Djilobodji, 17. Tvumasi, 78. Maksim, 90+15-pen.

Konyaspor – Sivasspor 2:2
Qol
: Şkubiç, 37. Miloşeviç, 44 – Kone, 30. Şkuletiç, 90.

22 iyun

Alanyaspor – Trabzonspor 2:2
Qol
: Sisse, 45+1. Bakasetas, 90+5 – A.Ömür, 7. Novak, 52.

Antalyaspor – Rizəspor 3:1
Qol
: S.Gümüş, 3. Yahoviç, 73. E.Gülüm, 76. Şkoda, 90+9-pen.

Bombardir: Aleksandr Sörlot (“Trabzonspor”) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button