“Fənərbaxça” “Alanyaspor”u məğlub yola saldı

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Sivasspor”u, “Qaziantep” “Ankaragücü”nü qəbul edib. Malatyada heç-heçə qeydə alınıbsa, Qaziantepdə meydan sahibləri inamlı qələbəyə seviniblər. Son turda xal itirən “Qalatasaray” bu dəfə səfərdə “Konyaspor”un qonağı olub. Məhsuldar keçən qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə bitib.

“Kayserispor” “Dənizlispor”u səfərdə minimal hesabla üstələyib. “Trabzonspor” “Göztəpə”ni, “Başakşəhər” “Ərzurumspor”u, “Gənclərbirliyi” “Hatayspor”u, “Antalyaspor” “Fatih Karagümrük”ü məğlub yola salıb.

Lider “Beşiktaş” bu tur çərçivəsində doğma meydanda “Rizəspor”u sınağa çəkib. İstanbul təmsilçisi rəqibini 6 cavabsız qolla məğlub yola salıb.

“Fənərbaxça” isə turnir cədvəlinin 2-cisi “Alanyaspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 17-ci tur

5 yanvar

Yeni Malatyaspor – Sivasspor 2:2
Qol
: Fofana, 25. Tetteh, 63 – E.Yeşilyurt, 18. Qradel, 32.

Qaziantep – Ankaragücü 2:0
Qol
: Maksim, 69. E.Şahin, 90+5.

Konyaspor – Qalatasaray 4:3
Qol
: E.Daci, 41; 46. U.Demirok, 82-pen. Kravets, 90+2 – Diaqne, 45+2; 77-pen. O.Çağlayan, 90+5.

6 yanvar

Dənizlispor – Kayserispor 0:1
Qol
: P.Enrike, 21.

Gənclərbirliyi – Hatayspor 3:1
Qol
: Piris, 45+2-pen; 54-pen. Sio, 84 – Bupendza, 25.

Trabzonspor – Göztəpə 1:0
Qol
: Ekuban, 27.

Başakşəhər – Ərzurumspor 1:0
Qol
: Qulbrandsen, 40.

Beşiktaş – Rizəspor 6:0
Qol
: Larin, 19; 31; 79; 83. O.Özyakup, 56. Hasiç, 89.

Antalyaspor – Fatih Karagümrük 3:1
Qol
: H.Özmert, 19-pen. G.Bayrakdar, 37. E.Albayrak, 71 – Balkoveç, 10.

7 yanvar

Fənərbaxça – Alanyaspor 2:1
Qol
: S.Gümüş, 12. Pelkas, 70 – Babakar, 81-pen.

Bombardir: Kayl Larin (Beşiktaş), Aaron Bupendza (Hatayspor) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button